Bu il dünyada 75 jurnalist öldürülüb

bu-il-dunyada-75-jurnalist-oldurulub
Oxunma sayı: 737

2019-cu ilin əvvəlindən 26 ölkədə 75 KİV əməkdaşı öldürülüb. “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, bu barədə “Press Emblem Campaign” qeyri-hökümət təşkilatının illik məruzəsində deyilir.

Bildirilir ki, “ilin əvvəlindən 26 dövlətdə 75 jurnalist öldürülüb”. Bu, ötən illə müqayisədə azdır (2018-ci ildə 113 insan həyatını itirmişdi). Təşkilat qeyd edir ki, mətbuat nümayəndələri arasında qurbanların azalması ümidvericidir. Qeyri-hökümət təşkilatı xatırladır ki, 2019-cu ildə bir çox jurnalistlər yaralanmış, nəzarət altına alınmış, hücum və təhdidlərə məruz qalmışdı.

Qurbanların sayına görə ilk üç yeri Meksika (13 ölü), Əfqanıstan (8 ölü) və Pakistan (8 ölü) tutub. Daha sonra Suriya (6), Honduras (5) və Filippin (4) gəlir. Jurnalist ölümü qeydə alınan ölkələr arasında Ukrayna, Böyük Britaniya, Hindistan, Braziliya, Haiti, İndoneziya və digərləri var.  

Təşkilatın məlumatına görə, ötən on il ərzində 1174 KİV əməkdaşı öldürülüb.

Qeyd edək ki, 2004-cü ildə yaradılan “Press Emblem Campaign” BMT yanında konsultativ statusa malikdir.