İsveç Elmlər Akademiyası ədəbiyyat üzrə Nobel mükafatının təqdimetmə prosesində “mühüm dəyişikliklər” edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Stokholmdan bildirilib. Nobel fondunun məlumatına görə, 2018 və 2019-cu illərin laureatları bu payız bir yerdə elan ediləcəklər. Namizədlərin seçilməsi üçün 5 müstəqil ekspert cəlb olunacaq.
Qeyd edək ki, daha əvvəl Nobel komitəsinin tərkibinə daxil olan fotoqraf Jan-Klod Arnonun adı seks qalmaqalında hallandığından 2018-ci ildə Nobel mükafatının verilməsi baş tutmamışdı.
Son xəbərlər
Son Xəbərlər