2019-cu ilin ilk ayında Əfqanıstanda baş verən toqquşmalarda 900-dən çox adam ölüb, ən azı 800 nəfər yaralanıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, ölkədə ilin ilk qarşıdurması “Taliban” terrorçularının yeni il ərəfəsində Sar-i Pul vilayətinin Sayyad rayonuna hücumu ilə başlayıb.
Hücumdan sonra baş verən toqquşmada 20 təhlükəsizlik işçisi öldürülüb, 20 nəfər yaralanıb. Hücum ABŞ-ın “Taliban”la müharibəni sona çatdırmaq üçün danışıqlara başlamasından sonra edilib.
Yanvarda ən qanlı hücum ABŞ qüvvələrinin Helmand əyalətinin “Taliban” nəzarətində olan Sangin qəsəbəsinə hava hücumu olub. 25 yanvarda edilən hücumda eyni ailədən 16 adam ölüb.
Əfqanıstan prezidenti Əşrəf Qani Davosda keçirilən Dünya İqtisadi Forumunda 2014-cü ildən etibarən 45 min təhlükəsizlik işçisinin öldürüldüyünü açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər