Bu il eksternat imtahanlarından 457 nəfər keçə bilib

bu-il-eksternat-imtahanlarindan-457-nefer-kece-bilib
Oxunma sayı: 1135

Əvvəlki illərdə təhsilini başa vura bilməyənlər üçün eksternat imtahanlarında 457 nəfər müvəffəq olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. 

Qeyd olunub ki, müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2019-2020-ci tədris ilində təşkil edilən eksternat imtahanlarında ümumilikdə 752 nəfər iştirak edib. 

Onlardan 457 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.