Bu il nə qədər narkotik dövriyyədən çıxarılıb? - Vilayət Eyvazov açıqladı

bu-il-ne-qeder-narkotik-dovriyyeden-cixarilib
Oxunma sayı: 4327

Cari ilin 8 ayı ərzində qanunsuz dövriyyədən 1 ton çox, yəni 2,5 tona yaxın narkotik vasitə çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün DİN-də keçirilən kollegiya iclasında bildirib.

Nazir bildirib ki, bu cinayətlərə görə 3634 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib və başqa müsbət nəticələr əldə olunub.

Əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə toxunan nazir onu da qeyd edib ki, cari ilin 8 ayında cinayətlərin 85,3 faizi açılıb.