Bu il orta məktəbi bitirən şagirdlərin sayı açıqlandı

bu-il-orta-mektebi-bitiren-sagirdlerin-sayi-aciqlandi
Oxunma sayı: 2534

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərini 58 739 şagird məktəbi bitirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 470 517 şagird təhsil alıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 115 müəllim fəaliyyət göstərir.

2021-2022-ci tədris ilində paytaxt üzrə 275 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 070 məktəbəhazırlıq qrupuna 25 484 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər  İnkişaf  Mərkəzi fəaliyyət göstərir.