Bu il sərnişindaşıma 26 faiz artıb

bu-il-sernisindasima-26-faiz-artib
Oxunma sayı: 769

Bu il ərzində ictimai nəqliyyatda sərnişindaşımada artım müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli öz tvitter hesabında yazıb.

O qeyd edib ki, ictimai nəqliyyat üzrə sərnişindaşıma sahəsində son 6 ay ərzində ümumilikdə 209.381.918 səyahət edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə səyahət sayının 26 faiz artması deməkdir.