“Bu il tərəfdaşlarımızdan 28 milyard dollar maliyyə dəstəyi aldıq”

bu-il-terefdaslarimizdan-28-milyard-dollar-maliyye-desteyi-aldiq
Oxunma sayı: 1641

Ukraynanın Baş naziri Denis Şmıqal Ukraynanın bu il tərəfdaşlarından 28 milyard dollar maliyyə dəstəyi aldığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Şmıqal bu haqda hökumətin iclasındakı çıxışında danışıb.

“Biz artıq bu il tərəfdaşlarımızdan 28 milyard dollar, Avropa İttifaqından 11 milyard dollar, ABŞ-dən isə 8 milyard dollardan çox maliyyə dəstəyi almışıq. Ukraynaya verilən hər bir dollar bizim davamlılığımıza, qələbəmizə, Avropada təhlükəsizliyimizə və sülhə qoyulan sərmayədir”, - deyə o qeyd edib.