Bu il Tvitterdə ən çox onlardan danışıblar - Foto+Video

bu-il-tvitterde-en-cox-onlardan-danisiblar
Oxunma sayı: 832

Tvitter sosial şəbəkəsi 2019-cu ildə ən çox müzakirə olunan mövzuları, şəxsləri və repostları açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, yola salmaqda olduğumuz bu ildə ən çox apreldə Paris Notr-Dam Kilsəsinin yanması müzakirə olunub. Daha sonra siyahıda Brexit sazişi (Böyük Brtianiyanın Aİ-dən çıxmasını nəzərdə tutan sənəd – red.), Yaponiyada “Haqibis” tayfunu və Venesueladakı aksiyalar yer alır.

Ən çox müzakirə olunan şəxslər isə ABŞ prezidenti Donald Tramp və Hindistanın Baş Naziri narendra Modi olub. Sonrakı sıralarda Rusiya prezidenti Vladimir Putin, Fransa lideri Emmanuel Makron gəlir.

Ən çox repost olunan status isə toyuq yumurtası fotosu olub. Daha sonrakı yeri isə tələbələrin ördək balasından qaçması videosu tutub.