Bu il universitetləri nə qədər tələbə bitirdi?

bu-il-universitetleri-ne-qeder-telebe-bitirdi
Oxunma sayı: 755

Artıq 2016-2017-ci tədris ilinin başa çatması ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən universitetlərdə məzun günü keçirilib. Maraqlıdır, bu il universitetlərdən nə qədər tələbə məzun olub?
 
“Qafqazinfo” məsələ ilə bağlı Modern.az-ın hazırladığı materialı təqdim edir:

Bakı Dövlət Universitetini (BDU) bu il dörd minədək tələbə bitirir, onlardan təxminən dörd yüzü fərqlənmə diplomuna layiq görülüb.
 
Azərbaycan Texniki Universitetindən (AzTU) bu il 1880 tələbə məzun olub. Onlardan 1568-i bakalavr, 160-ı magistrdir. 138 nəfər isə ötən tədris ilindən qalanlardır. Bakalavriat səviyyəsində məzun olanlardan 14-ü xarici ölkə vətəndaşıdır.
 
2016-2017-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) isə 4378 məzun bitirib. Onlardan 3199-u bakalavr, 1179-u isə magistrdir.
 
Bu il Azərbaycan Dövlət Pedoqoji Universitetini (ADPU) filialları və Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə 4433 məzun bitirib. ADPU-da builki tədris ilində 25 ixtisas, 33 ixtisaslaşma üzrə 298 magistr olub.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan 1904 tələbə bu il məzun adını qazanıb. Məzunların 190-ı bakalavr və 168-i magistr universiteti fərqlənmə diplomu ilə bitirib.
 
2016-2017-ci  tədris ilində Azərbaycan Tibb Universitetinindən isə 1057 tələbə məzun olub. Bu il universitetin I müalicə-profilaktika fakültəsini 316, II müalicə-profilaktika fakültəsini 318, stomatologiya fakültəsini 126, tibbi profilaktika fakültəsini 77, əczaçılıq fakültəsini 104 məzun bitirib. Məzunlardan 70 nəfərə yaxını universiteti fərqlənmə diplomu ilə bitirib.