Bu ildən attestatlarda bu yenilik olacaq

bu-ilden-attestatlarda-bu-yenilik-olacaq
Oxunma sayı: 3666

Cari tədris ilində məzun olan şagirdlərə attestatlarda hər iki yarımil üzrə dərs saatlarının miqdarı yazılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyin əməkdaşı Anar Mirzəzadə verib.

O bildirib ki, bu tədris ilində məzun olan şəxslərin attestatlarında hər fənn üzrə təsdiq olunmuş bütün dərs saatlarının miqdarı qeyd olunmalıdır.