Bu ilin birinci rübündə büdcəyə 1 milyard manat vergi yığılıb

bu-ilin-birinci-rubunde-budceye-1-milyard-manat-vergi-yigilib-
Oxunma sayı: 634

Nazirliyin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, vergi daxilolmalarının 35 faizi mənfəət vergisinin, 25,6 faizi əlavə dəyər vergisinin, 12,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,9 faizi aksizlərin, 18,8 faizi isə digər vergilərin payına düşür.

Qeyri neft-qaz sektoru üzrə 791,7 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 16,4 faiz çoxdur.
Yanvar-mart aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 18 min 994, 2011-ci ilin iyul ayının 1-dən cari ilin aprel ayının 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 21 min 478 olub. 1 aprel 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 436737 olub.

2012-ci ilin yanvar-mart ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,5 faiz təşkil edib.

Nigar Məmmədli