Bu ilin yanvarında sınaq imtahanları keçiriləcək

bu-ilin-yanvarinda-sinaq-imtahanlari-kecirilecek
Oxunma sayı: 1225

“Hər fənnə aid yeni proqramlar müzakirə olunub dərsliklərdə monitoriq aparılandan sonra yanvar ayından bir neçə sınaq imtahanı keçiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi ilə bağlı keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O qeyd edib ki, indiyə qədər hansısa şirkətlərin keçirdiyi sınaq imtahanlarının məzmun və keyfiyyətinə DİM cavabdeh deyil. Bu prosesə qoşulmaq istəyən hər bir mütəxəssis müraciət edə bilər.

Gülnar Əliyeva