Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının ilk iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək intizamının vəziyyəti haqqında məsələ geniş müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Xəbəri rus dilində oxuyun: Школьник нанес матери 192 ножевых ранения
Memarlıq və İncəsənət İnstitutunda əmək intizamı sahəsində yol verilmiş nöqsanlara görə İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 nəfər elmi işçi tutduqları vəzifələrdən azad ediliblər. İnstitutun bir neçə nəfər əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.