““Bu iş olmaz” deyənlər çox oldu” - İradə

bu-is-olmaz-deyenler-cox-oldu
Oxunma sayı: 7988

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova həyat yoldaşı ilə evliliklərinin ildönümü münasibətilə instaqram səhifəsində paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o yazıb:

“İl 2001, yaşlarımız 21. Bir-birimizə ilk salamı verdiyimiz tarix… 2003 - bu günlərin toxumunun səpildiyi il. 2009 - münasibətimizin adını qoyduğumuz il… Həqiqətən biz bir-birimizi çox gözəl, məsafəli, səviyyəli, hörmətli sevdik. Sevgi hekayəmizdən hələ də böyük bir ləzzətlə, təəccüblə bəhs edirik. Çox “bu iş olmaz” deyənlər oldu, amma iki könlü bir araya gətirən, ol deməsə olmayan tək sevgilim öncə uca Allahdır. Mənim üçün bu həyatda hər şey O-dur. Həyatınızda sevdiyiniz nə varsa bilin ki, yan-yana gətirən var. O istəyərsə olur, yoxsa yarpaq belə qımıldamaz. Mənim sevgim ömürlükdür. Allah nə istərsə, o olur. Bilin istədim! 19.04.2009”.