“Bu, İsveçin NATO-ya üzvlüyü ilə bağlı deyil”

bu-isvecin-nato-ya-uzvluyu-ile-bagli-deyil
Oxunma sayı: 1116

“Türkiyənin Avropa İttifaqına üzvlüyü və İsveçin NATO-ya daxil olması məsələləri bir-biri ilə əlaqəli deyil”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə bildirib.

“NATO elə NATO-dur. Avropa İttifaqı elə Avropa İttifaqıdır. ABŞ Avropa İttifaqına daxil deyil. ABŞ bundan əvvəl Türkiyənin Avropa ilə danışıqlarını, bu danışıqların bərpasını dəstəkləyib. Prezident Bayden İsveçin NATO-ya üzvlüyü məsələsi ortaya çıxmazdan çox əvvəl bu mövzu ilə məşğul olmağa başlamışdı. Beləliklə, bildiyimiz qədər bu mövzular bir-biri ilə əlaqəli deyil”, - o deyib.