Bu iti kim güllələtdirib? - Foto

bu-iti-kim-gulleletdirib
Oxunma sayı: 2755

Lənkəran şəhərində küçə itlərinin icra hakimiyyətinin əmri ilə güllələndiyi haqda məlumat yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə heyvansevərlər sosial şəbəkələrdə çoxlu paylaşımlar ediblər. İddiaya görə, hələ 1 yaşı tamam olmayan it icra hakimiyyətinin tapşırığı ilə ağzından qırma ilə vurulub. Nəticədə itin üst çənə sümüyü qırılıb və burun boşluğuna dolmuş qırma parçaları onun nəfəs almağına imkan vermir: “Atəş açan şəxs ətrafdakı insanlar tərəfindən polis bölməsinə aparılandan bir neçə dəqiqə sonra azadlığa buraxılıb. 102 qaynar xəttinə edilən şikayətlərə “icra hakimiyyətinin əmri belədir, bizlik heç nə yoxdur” cavabı verilib”.

Lənkəran Şəhər İcra Hakimiyyətindən isə “Qafqazinfo”ya bildirilib ki, onlar bu barədə heç kəsə əmr və ya göstəriş verməyiblər: “Biz hadisə barədə polisə müraciət etmişik. İti güllələyən rayon sakini saxlanılıb. Bundan sonra hüquq-mühafizə orqanları araşdırma nəticəsində onun haqqında qərar verəcək”.

Murad Əhməd