“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində status yazıb:
“Bu itki məni çox yandırdı...
Vüqarı uşaqlıqdan tanıyıram, həmkəndlimdir, uzaq qohumluğumuz da var. Onun uğurlarına el-oba necə sevinərdik!... İndi atası Qasım müəllimə, anası Aidə xanıma, bacısı Samirəyə, qardaşı Sərxana deyiləcək təsəlli sözləri tapmaqda çətinlik çəkirəm... Belə bir itkinin acısını ovutmağa sözlər yetməz...
Kimin nə deməsindən asılı olmayaraq Vüqar müasir Azərbaycanın ən istedadlı şahmatçısı idi! Onun uzun illər ağır xəstə ola-ola qazandığı uğurlar Azərbaycan idmanının şərəf tarixidir. Vüqar sağlam olsaydı, yaşasaydı nələr etməyəcəkdi...
Eh Vüqar..., sağlığında qədri bilinməyən, arzuları özü ilə torpağa gömülən Vüqar... Yerin çox görünəcək hələ...”.
Son xəbərlər
Son Xəbərlər