“Bu izdivac 10 il əvvəl olmalı idi, alınmadı...”

bu-izdivac-10-il-evvel-olmali-idi-alinmadi
Oxunma sayı: 3499

Əməkdar artist Nahidə Orucova Xalq artisti Fidan Qasımova ilə qohum olmasından danışıb.

“Qafqazinfo” xəbər verir ki, tanınmış aktrisa “Hüseynova bacılarına” qonaq olarkən qızının F. Qasımovanın oğluna ərə gedəcəyi barədə yayılan məlumatları təsdiq edib:

“Çox gözəl ailədir. Olar ki, ad çəkməyim? Sadəcə onları tərifləyim. Fidan və Xuraman Qasımovaları bir-birindən ayırmıram. Ancaq əsas Fidan xanımdır.  Bu izdivac çoxdan olmalı idi. 10 il bundan qabaq… Onda alınmamışdı, indi reallaşdı. Cəmi bir qızım var, onun toyunu görmək arzusunda idim. Hər bir ana bunu istəyir”.

Qeyd edək ki, axşam.az-ın məlumatına əsasən, Xalq artistinin oğlu ilə aktrisanın qızının nişanı bu ilin avqustunda baş tutub. 

Nişandan fotolar: