Bu kafenin icarədarı 3000 manat cərimələndi - Foto

bu-kafenin-icaredari-3000-manat-cerimelendi
Oxunma sayı: 3177

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan kafe aşkarlanıb. 

Bakı şəhər BPİ Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 8-də “Beyləqan” kafesinin icarədarı, işçiləri və müştəriləri müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 3000 manat, digərləri 200 manat cərimə olunublar.