“İlk növbədə Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət edən çoxtərəfli konvensiyanın daimi katibliyinin formalaşması aktual məsələdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov deyib.
Onun sözlərinə görə, indi bu katiblik funksiyasını BMT-nin təşkilatı həyata keçirir, amma bu, Xəzəryanı ölkələrdən birinə keçməlidir: “Xəzəryanı ölkələr bu katibliyin işini təkmilləşdirməlidir”.
Günel İbrahimova