Bərdədə Güloğlular kəndi ərazisində yeni salınan yaşayış massivinin sakinlərinin həyatı təhlükə altındadır.
“Qafqazinfo” xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, vətəndaşlar özləri məhəllədə taxta parçaları ilə dirək düzəldərək elektik xətləri çəkiblər. Yaradılan vəziyyət səbəbindən kənddə hər an faciə yaşana bilər.
Ərazidən çəkilən fotolarda da dirəklərin əyilərək təhlükə mənbəyinə çevrilməsi görünür. Valideynlər artıq uzun müddətdir ki, uşaqlarına həyətdə oynamağı qadağan ediblər.
Yüngün külək əsəndə belə elektik xətləri qırılaraq saatlarla kəndi işıqsız qoyur. Xətlər və dirəklər yöndəmsiz olduğundan tez-tez açılmalar olur və vətəndaşlar şəxsi vəsaitləri hesabına vəziyyətdən çıxırlar.
Onlar dəfələrlə Bərdə rayon paylayıcı elektirik şəbəkəsinə müraciət etdiklərini desələr də, nəticə yoxdur.
Anar Həşimov
Son xəbərlər
Son Xəbərlər