“Bu, kifayət qədər uzun vaxt tələb edir” - Kamran Əliyev

bu-kifayet-qeder-uzun-vaxt-teleb-edir
Oxunma sayı: 2081

“Azərbaycanda həbsdə olan erməni separatçıların cinayət işləri yaxında baxılması üçün məhkəmələrə göndəriləcək”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

“İş üzrə ibtidai istintaq tamamlanıb. Hazırda tanışolma mərhələsidir. Bu da kifayət qədər uzun vaxt tələb edir. İşdə zərərçəkmiş çoxdur. Təqsirləndirilən şəxslərin hər birinin hüquqları tanınır”, - deyə K. Əliyev əlavə edib.

Sail Ağasəlim