Axşam.az-ın məlumatına görə, aparıcı Elgiz Əkbər məktubu Aysel adlı xanımın yazdığını bildirib. Verilişdə Sabirin ilk həyat yoldaşı ilə var-dövlətə görə evləndiyi iddia olunub. Müğənni keçmiş xanımından ayrılma səbəbləri haqda danışıb:
“O xanımın bir qəpiyi də yox idi. Yalan iddiadır. Mən onu istəyib evlənmişəm. Pula görə münasibət qurmaram. Hansısa kişinin maddiyat üçün ailə qurmasına pis baxıram. Bu, kişilikdən deyil. Həmin insan Rusiyada yaşayırdı. Dünya görüşlərimiz fərqli idi. Mən Azərbaycanda dünyaya gəlmişəm, böyümüşəm. Həyata baxışlarımız uyğun gəlmirdi. Dörd ildən sonra boşandıq".
Aygün Rəhimova isə bu cür şayiələrə güldüyünü deyib: “Sabirin pul xatirinə kiminləsə evlənməsi gülməlidir. O həyatı ilə bağlı hər şeyi mənə danışıb. Şəxsən mən özüm heç vaxt alfons kişi ilə münasibət qurmaram”.
Daha sonra aparıcı E.Əkbər məktubu Aygünə təqdim edib.
Son xəbərlər
Son Xəbərlər