“Bu kitaba görə saxlanıldım...” – - Azərbaycanın axtarışa verdiyi biznesmen

bu-kitaba-gore-saxlanildim-
Oxunma sayı: 750


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Sterliqovun sözlərinə görə, onun saxlanmasına səbəb saytında dərc etdirdiyi  “Qroznıdan Putinə qədər “ dərsliyi olub və bu onun bütün problemlərinin açarıdır. Biznesmen bildirib ki, həmin dərslikdə Dağlıq Qarabağın tarixi ilə bağlı bəyanatlar yer alıb. 

Sterliqovun sözlərinə görə, o, 3 saat ərzində xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ünsiyyətdə olub:

“Polis, Nəqliyyat Prokurorluğu və Federal Xidmət Bürosu öz funksiyasını dəqiq yerinə yetirdi. Mən Rusiya Federasiyasının vətəndaşı kimi evə buraxılmışam”.

Qeyd edək ki, biznesmenin vəkili Artur Ayrepetov isə açıqlamasında bildirib ki, Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək. 

Xatırladaq ki, Baş Prokurorluğun məlumatına görə, ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə Qerman Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdi.

Avqustun 23-ü isə Rusiya mətbuatı İnterpolun German Sterliqovun axtarışını dayandırdığı haqda xəbərlər yaymağa başlamışdı.

“Qafqazinfo”