Əməkdar artist Sevda Ələkbərzadə “Hisslərim dumanda” adlı mini-albomunu (EP) təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, müğənni albom üzərində işin dörd ay çəkdiyini qeyd edib:
“EP- kiçik albomun üzərində düz 4 ay çalışmışıq. “Hisslərim dumanda” bu ilin ilk albomu olmaqla yanaşı, həm də Azərbaycanda olmayan bir iş üslubu ilə fərqlənir. Belə ki, albomda 4 mahnı var. Onların biri orijinal, digər 3 versiya isə bu mahnının fərqli musiqi üslubunda olan remiksləridir. Orijinal versiyanın musiqisi və sözləri Sheyh Ree tərəfindən yazılıb”.
Fərhad Əlinin rejissoru olduğu orijinal versiya üçün artıq bir klip çəkilib. Həm mahnıda, həm də videoda 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinin musiqi dövrünə aid detallar var.