Bu klub 13 ildən sonra Bundesliqaya yüksəldi

bu-klub-13-ilden-sonra-bundesliqaya-yukseldi
Oxunma sayı: 2965

Almaniyanın ikinci liqa təmsilçisi “Sankt-Pauli” Bundesliqaya vəsiqə qazanıb. 

“Qafqazinfo” xəbər verir ki, klub bunu 13 illik fasilədən sonra bacarıb. 

Belə ki, “Sankt-Pauli” ötən gün “Osnabrük”ə 3:1 hesabı ilə qalib gəlib. Nəticədə onlar ölkənin əsas liqasında çıxış etmək hüququ əldə ediblər.