Bu klub da Kadinin transferindən pul qazanacaq

bu-klub-da-kadinin-transferinden-pul-qazanacaq
Oxunma sayı: 3648

Braziliyanın "Koritiba" klubu Kadi Borgesin "Qarabağ"dan "Krasnodar"a transferindən pul qazanacaq.

“Qafqazinfo” Braziliyanın UOL portalına istinadən xəbər verir ki,  FİFA-nın həmrəylik mexanizminə əsasən, 12 yaşdan 23 yaşadək futbolçunun yetişdirilməsinə cavabdeh olan klub futbolçunun bir sonrakı transferindən ümumi məbləğin 5 faizinə qədərini almalıdır.  Braziliyalı futbolçunun keçidi üçün “Qarabağ”a 4 milyon 800 min avro ödəniləcək. Bu məbləğin 5 faizi -  təqribən 240 min avro "Koritiba"ya çatacaq.

Qeyd edək ki, K.Borges "Krasnodar"la 2026-cı ilin iyununa kimi müqavilə imzalayacaq.