Bu klublar da Superliqanı tərk etdi - Yenilənib

bu-klublar-da-superliqani-terk-etdi
Oxunma sayı: 2607

İtaliyanın “İnter” və İspaniyanın “Atletiko” (Madrid) klubları Avropa Super Liqasından ayrıldıqlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Mançester Siti" və "Çelsi" klubları Super Liqanı tərk etdiklərini açıqlamışdı.

İspaniyanın “Real”, “Barselona”, İtaliyanın isə “Yuventus” və “Milan” klubları yarışdan imtina etdiklərini açıqlamayıb.

***

“Yuventus” və “Milan” da açıqlama yayaraq Superliqanı tərk etdiklərini bildiriblər.