“Bu komanda heç vaxt 0:8 hesabı ilə uduzmayıb”

bu-komanda-hec-vaxt-08-hesabi-ile-uduzmayib
Oxunma sayı: 7332

Bakının "İnter" (hazırkı "Şamaxı") klubunun sabiq prezidenti Georgi Nikolov feysbuk hesabında paylaşım edib.

"Qafqazinfo" xəbər verir ki, o, sabiq klubunun "Şamaxı" adı ilə ilk səfər matçında Premyer Liqanın 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə uduzmasına biganə qalmayıb.

Klubun "İnter" adlandırıldığı dönəmdən şəkil paylaşan Nikolov bolqar, ingilis və Azərbaycan dillərində bu komandanın heç vaxt 0:8 hesabı ilə uduzmadığını vurğulayıb.

Xatırladaq ki, G.Nikolov 2006 - 2015-ci illərdə "İnter"in prezidenti olub.