Bu komitədə deputatların yeni intizam qaydaları hazırlanır

bu-komitede-deputatlarin-yeni-intizam-qaydalari-hazirlanir
Oxunma sayı: 894

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində deputatların yeni intizam qaydaları ilə bağlı layihə hazırlanır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə komitənin və İşçi Qrupun üzvü , deputat Erkin Qədirli məlumat verib. 

O bildirib ki, bu məsələ ilə bağlı öz təkliflərini hazırlayır: “Həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərinin görülməsi aiddir”.

Günel Türksoy