Bu kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək

Bu kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
Oxunma sayı: 6682

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin koronavirusun təsirinin azaldılması məqsədilə hazırladığı proqramda qeyd edilib.

Burada əsas məqam kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması kreditlərin müddətinin 3 ilədək olmasıdır. Həmçinin zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq) nəzərdə tutulub. Bunun üçün xüsusi vəsaitin ayrılacaq və subsidiyalaşma Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi