Bu küçə də sabah səhərdən bağlanır

bu-kuce-de-sabah-seherden-baglanir
Oxunma sayı: 2394

Bakının daha bir küçəsi bağlanacaq.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən “Qafqazinfo” verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara Qarayev prospektinə qədər olan hissəsi (Dakar meydanı) iyunun 4-ü səhər saatlarından hərəkətə tam olaraq bağlanacaq.

Əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər hansı məhdudiyyət tətbiq edilmir.

Yarana biləcək müvəqqəti narahatlığa görə ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etməklərini tövsiyə edir.