Bu küçədə də avtobus zolağı təşkil edildi - Fotolar

bu-kucede-de-avtobus-zolagi-teskil-edildi
Oxunma sayı: 2871

Daha bir küçədə xüsusi avtobus zolağı təşkil edilib.

Bu barədə "Qafqazinfo"ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Zivər bəy Əhmədbəyov küçəsi boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub:

"Küçədən gün ərzində ümumilikdə 7 müntəzəm marşrut xətti üzrə 110-a yaxın avtobus keçir ki, zolağın tələbinə əməl etməklə 90.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradılacaq".