Bu küçədə hərəkət məhdudlaşdırılacaq

bu-kucede-hereket-mehdudlasdirilacaq
Oxunma sayı: 1656

Nərimanov rayonu Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinədək olan hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə "Qafqazinfo"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.