Sabunçu rayonunun Zabrat qəsəbəsində əhalinin içməli su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına yeni layihənin icrasına başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına Sabunçu rayonunun Zabrat qəsəbəsi Murad Mirzəyev küçəsində mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələri yaradılır.
Pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi, su itkilərinin minimuma endirilməsi və istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına ərazidə 2,5 km paylayıcı şəbəkə inşa edilib və evlərə birləşmə verilib. Layihənin icrası nəticəsində 850 fərdi yaşayış evi dayanıqlı olaraq su ilə təchiz olunacaq.
Ərazidə kanalizasiya şəbəkəsinin olmaması da burada yaşayan əhali üçün ciddi problemlər yaradırdı. Payız-qış aylarında tullantı, qrunt və yağış suları həyətlərə və evlərin zirzəmilərinə dolurdu. Yeni kanalizasiya xətlərinin çəkilməsi ilə sakinlərin bu problemi aradan qalxacaq.




Son xəbərlər
Son Xəbərlər