Bu küçədə yenilik olacaq - Foto

bu-kucede-yenilik-olacaq
Oxunma sayı: 2651

Bakı Nəqliyyat Agentliyi tərəfindən Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb. 

“Qafqazinfo” xəbər verir ki, əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək.

Planlaşdırılan dəyişikliyin əsas üstünlükləri:

•   Piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi;

•   Ərazidə müşahidə edilən xaotik parklanma vəziyyətinin nizamlanması;

•   Yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkili;

•   Avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlərin ayrılması.

Qeyd edək ki, işlərin bu ay ərzində yekunlaşması nəzərdə tutulub. Analoji tədbirlər yol infrastrukturunun imkan verdiyi digər küçələrdə də icra ediləcək.