ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo” ya daxil olan məlumata görə, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 2 ünvanında yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 22 aprel 2014-cü il tarixdə Nizami rayonunun Qara Qarayev prospektinə, Özbəkistan, Azər Manafov, Əli Vəliyev, Rizvan Teymurov və Tofiq Abbasov küçələrinə içməli suyun verilməsi saat 19:00 radələrinədək dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Son xəbərlər
Son Xəbərlər