Bu küçələrdə təmir gedir

bu-kucelerde-temir-gedir
Oxunma sayı: 694


“Qafqazinfo”nun “Azəryolservis”ə istinadən məlumatına, təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb. 

İsmayıl Hidayətzadə küçəsində səki daşları yenilənib, mövcud asfalt-beton örtük qaşınaraq ərazidən kənarlaşdırılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. 

Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.