“Qafqazinfo”nun ANS TV-yə istinadən verdiyi məlumata görə, sakinlər deyr ki, onlar burda yaşadığı müddətdə kranı açıb əl üzünü belə yumağa su tapmayıb. İçməyə su axtarmaq lazım olduqda isə ən azı cibində 5-10 AZN pulun olmalıdır ki, su maşını sifariş verəsən. Ay ərzində isə 4 dəfə su maşını sifariş edilir ki, bunun da qiyməti 30-40 AZN edir. Bundan başqa sakinlər deyir ki, kimin pulu var o, özü üçün fərdi qaydada su çəkdirir. Maraqlısı budur ki, küçənin başlanğıc hissəsinə kimi su boruları mövcuddur ancaq ordan bu tərəfə bu boruların davamı çəkilməyib. Bütün bu iddialarla çıxış edən sakinlər deyir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edilsə də, buna reaksiya verən olmayıb.
Problemlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirdilər ki, sözügedən ərazidə mərkəzləşmiş su şəbəkəsi mövcud deyil. Ancaq həmin küçənin bir tərəfinə su çəkilməyə başlayıb. Küçənin sonuna kimi su çəkilməsi isə 2014-2016-cı il Dövlət Proqramına əsasən mərhələli şəkildə həyata keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər