Rus heykəltəraş Mixael Zaykov hazırladığı gəlinciklərlə hər kəsi heyran edir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, canlı insandan cüzi fərqlənən gəlinciklərin hazırlanması heykəltəraşa heç də asan başa gəlmir. Saç düzümündən geyim tərzinə kimi hər bir incəliyi düşünən Mixael, əvvəlcə hazırlamaq istədiyi gəlinciklərin eskizini çəkir. Sonra da çəkdiyi rəsmə baxaraq müxtəlif mimika və geyimlərdə kuklaları hazırlamağa başlayır.
Heykəltəraş hazırladığı işlərlə müxtəlif müsabiqələrin qalibi də olub. Hazırda gəlinciklər satışda yoxdur, lakin qalereyalarda sərgilənir. Qısa müddət ərzində sosial şəbəkələrdə də marağa səbəb olan heykəltəraşın instaqram səhifəsində 300 mindən çox izləyicisi var.
Qeyd edək ki, Mixael Zaykov 2009-cu ildə Kuban Dövlət Universitetinin skulptur bölməsini bitirib. 2010-2013-cü illərdə kukla teatrında heykəltəraş işləyib.
Günel Hacı









Son xəbərlər
Son Xəbərlər