“Bu layihə SOCAR-a böyük gəlirlər gətirəcək”

“Bu layihə SOCAR-a böyük gəlirlər gətirəcək”
Oxunma sayı: 1605

“Azərbaycan qazının Türkiyədə istifadəsi çoxaldı. 2021-ci ildə bunun davam etməsi Türkiyədəki tələbə bağlı olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, bu il Türkiyədə tələb bir qədər düşüb: “Türkiyə Azərbaycan qazını özəl qiymətə alır. Azərbaycan Türkiyənin Rusiyadan sonra ikinci böyük qaz tədarükçüsüdür”.
 
S. Düzyol həmçinin qeyd edib ki, TANAP tam ötürücülük gücünə çatdıqda illik gəlirləri 1,5 milyard dollar olacaq:
“Layihə 2022-ci ildə tam ötürücülük gücünə çatacaq. “TANAP”ın ötürücülük gücü ilbəil artmaqdadır. Layihə yatırımçısına böyük pullar qazandıracaq bir layihədir. Xüsusilə də layihə onun payçısı olan Azərbaycan Dövlət Neft Şirkətinə böyük gəlirlər gətirəcək”.

Günel Türksoy