“Bu layihələr havaya buraxılan pullar olacaq”

bu-layiheler-havaya-buraxilan-pullar-olacaq
Oxunma sayı: 2344

Deputat Kamran Bayramov bələdiyyələrə verilən subvensiyaların aidiyyatı üzrə xərclənməməsindən narazılıq edib. 

“Qafqazinfo”nun məlumatına görə, parlamentin Regional məsələlər komitəsinin iclasında çıxış edən deputat bələdiyyə sədrlərindən hansı layihələri həyata keçiricəklərini soruşub və bu cavabı alıb:

“Deyirlər ki, park salınması, yol çəkilməsi ilə məşğuldurlar. Axı subvensiya bunun üçün verilmir... Bu layihələr havaya buraxılan pullar olacaq. 

Biz çalışmalıyıq ki, bələdiyyələrin gələcəyə baxışı düzgün olsun. Əgər onlar subvensiyalar vasitəsilə layihələr həyata keçirəcəklərsə, düşünməlidirlər ki, müəyyən obyekt inşa olunmalıdır, həmin obyekt gəlir gətirməlidir. Hər dəfə subvensiya üçün xahiş etməsinlər. Subvensiya bir dəfə veriləcək, bu da ildən-ilə gəlir gətirməlidir. 

Dövlət büdcəsindən ayrılan vəsait havaya getməməlidir. Subvensiya üçün 1 milyon manat vəsait nəzərdə tutulub. Sözsüz ki, bu vəsaitlə 1 600 bələdiyyəni əhatə edə bilmərik. Ona görə bu vəsaitdən səmərəli istifadə etmək lazımdır”.

Günel Türksoy