Bu liqalar yekunlaşdırıldı - Qaliblər bəllidir

bu-liqalar-yekunlasdirildi
Oxunma sayı: 2167

Şotlandiyada ikinci, üçüncü və dördüncü divizionlara erkən yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, ölkənin futbol federasiyası koronavirus pandemiyasının yayılması səbəbindən belə addım atıb. 

Qurumun saytı çempionların adlarını açıqlayıb. İkinci liqanın (Çempionşip) qalibi “Dandi Yunayted”, üçüncü liqanın (Liqa-1) qalib i “Reyt Rovers”, dördüncü liqanın (Liqa-2) qalibi isə “Kouv Reyncers” elan olunub. Digər klublar da bu qərarla razılaşıblar. 

Şotlandiya Premyer Liqasının da başa çatdırılması haqqında danışıqlar davam etdirilir.