Bu mağazada qiymət süni artırılıb- - Nazirliyin yoxlaması

bu-magazada-qiymet-suni-artirilib-
Oxunma sayı: 2498


İqtisadiyyat və Sənaye Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 980, ev 61 ünvanında “Fərid” şirkətinə məxsus mağazada aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib. 

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.