Bu mağazalardan mal almayın

bu-magazalardan-mal-almayin
Oxunma sayı: 1756


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Abşeron rayonunda

- Masazır qəsəbəsində Ramazan Xələfova və Ruslan Lətifova məxsus mağazalarda;

Zaqatala şəhərində

- Xətai küçəsi, 5 ünvanında Anar Ömərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Binəqədi rayonunda

- Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Rasim Cabbarova məxsus mağazada;

Yasamal rayonunda

- H.Zərdabi prospekti, 2 ünvanında Sabir Ramazanova məxsus mağazada;

Mingəçevir şəhərində

- 20 Yanvar küçəsi, 37 ünvanında Adil Abbasova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xəzər rayonunda

- Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində Emin Məmmədova məxsus mağazada;

Binəqədi rayonunda

- Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Rauf Quliyevə məxsus mağazada;

Tovuz rayonunda

- Dondar Quşçu kəndində Bəhruz Süleymanova məxsus mağazada;

Mingəçevir şəhərində

- 20 Yanvar küçəsi, 35/38 ünvanında Amil Həbliyevə məxsus mağazada;

Quba rayonunda

- H.Zərdabi qəsəbəsində Rauf Şixzadayevə məxsus mağazada;

Xaçmaz rayonunda

- Qaraqurtlu kəndində Ədilə Mustafayevaya məxsus mağazada;

- Xaçmaz şəhəri, 20 Yanvar küçəsində Elman Müslümova məxsus mağazada;

Cəlilabad şəhərində

- Cavadxan küçəsi, 3 ünvanında Vasif Kərimova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.