Bu marşrutun hərəkət sxemi dəyişir

bu-marsrutun-hereket-sxemi-deyisir
Oxunma sayı: 1443

Sərnişinlərin müraciəti nəzərə alınaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə "Qafqazinfo"ya Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Dəyişikliyə əsasən, marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yeni yaşayış kompleksi müəyyən edilib.

Marşrutun fəaliyyəti qeyd edilən əraziyə 30.09.2021-ci il tarixindən təmin ediləcək.