Bu maşınla avtoşluq edib videoya çəkdi - Fotolar

bu-masinla-avtosluq-edib-videoya-cekdi
Oxunma sayı: 2631

Gəncə şəhərində avtoxuliqanlıq edən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Kəlbəcər rayon sakini, Malik Mamedov sürücülük hüququ olmadan idarə etdiyi “ZAZ 968” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq edərək etdiyi hərəkətləri videogörüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirib.  

M. Mamedov barəsində Gəncə BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə M. Mamedov 15 gün müddətə inzibati qaydada həbs edilib.