Bakıda avtoxuliqanlara qarşı növbəti reyd keçirilib.
“Qafqazinfo” xəbər verir ki, reyd “Memar Əcəmi” metrostansiyası əhatəsində baş tutub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, avtomobillərə konstruksiya dəyişikliyi edən 7 sürücü saxlanılıb:
“Nəsimi rayonunda Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra olunub.
Barələrində qanuni tədbirlər görülən 7 sürücüdən 4-ünün sürücülük hüququ olmayan və ya sürücülük hüququ əvvəllər məhkəmə tərəfindən məhdudlaşdırılmış şəxslər olduğu aşkarlanıb.
Qeyd olunan ərazidə mütəmadi şəkildə DYP əməkdaşkarı tərəfindən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.
Son xəbərlər
Son Xəbərlər