AÇ-2024-ün qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Albaniya - İspaniya oyununun ən yaxşı futbolçusunun adı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat yayılıb.
Bildirilib ki, bu, İspaniya millisinin üzvü Fernan Torresdir.
24 yaşlı hücumçu matçın 13-cü dəqiqəsində vurduğu qolla ispanlara 1:0 hesablı qələbə qazandırıb.